"Orta Dəhliz mühüm sistemli layihədir və bu layihədə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı əlaqələr, ilk növbədə, Bakı yaxınlığındakı Ələt limanı ilə Xəzər dənizinin şərq sahilindəki Kurık və Aktau limanları arasındakı əlaqələr mühüm rol oynayır. Yüklərin sistemli rəsmiləşdirilməsi, xüsusən də konteyner daşımaları hesabına tranzit həcminin artırılması çox mühüm əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.
"Bildiyiniz kimi, Azərbaycan və Qazaxıstanla yanaşı, Özbəkistan da bu konqlomeratda iştirak edir. Bu böyük layihəni Özbəkistan tərəfi təklif edib. "Avtomobil sənayesinin türk konqlomeratı" çox perspektivli layihədir, çünki bütün iştirakçı ölkələr ümumi avtomobil sənayesinin inkişafı üçün müvafiq imkanlara malikdirlər", – o deyib.
"Məhsullar konqlomeratın üzvü olan ölkələrdə istehsal olunacağı üçün yerli bazarda rəqabətədavamlı olacaq, gələcəkdə isə bu üç ölkədən kənarda da tələb formalaşacaq", - İ.Vəlizadə belə hesab edir.