SƏHİYYƏ

Pandemiya ilə mübarizə üçün yeni beynəlxalq saziş hazırlanır

"Rospotrebnadzor" rəhbəri bildirib ki, faktiki olaraq bioloji təhlükəsizlik sahəsində milli maraqları nəzarət altına almağa cəhd edirlər.
Sputnik
BAKI, 23 iyun — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Beynəlxalq Səhiyyə Qaydalarına düzəlişlər üzərində işləyir, pandemiyaya hazırlığı və cavab tədbirlərini uyğunlaşdırmaq üçün yeni beynəlxalq saziş hazırlanır, lakin faktiki olaraq bir sıra ölkələr tərəfindən milli biotəhlükəsizlik maraqlarını öz üzərinə götürmək cəhdi var.
Bunu "Rospotrebnadzor" rəhbəri Anna Popova "Bioloji təhlükəsizliyə qlobal təhdidlər: problemlər və həlli yolları" adlı beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, bu gün ÜST-də 2005-ci ilin Beynəlxalq Səhiyyə Qaydalarına düzəlişlər üzərində işlənilir və pandemiyaya hazırlığın, onun qarşısının alınması və cavab tədbirlərinin təkmilləşdirilməsi üçün yeni beynəlxalq saziş hazırlanır.
"Eyni zamanda, təkmilləşdirmənin yaxşı məqsədləri adı altında, digər dövlətlərin biotexnoloji potensialına kənar nəzarəti və monitorinqi gücləndirmək istəyən bir qrup ölkənin, ilk növbədə, Qərb ölkələrinin gizli maraqları irəli çəkilir. Bunlara milli bioloji təhlükəsizlik sahəsində elmi işlərə dair hesabat vermək və ilkin tələb əsasında epidemioloji tədqiqatlar aparmaq üçün beynəlxalq qruplara məcburi icazə vermək daxildir. Faktiki olaraq bioloji təhlükəsizlik sahəsində milli maraqları nəzarət altına almağa cəhd edirlər", - Popova deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.