BAKI, 23 iyun — Sputnik. Özbəkistan və Türkiyənin müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə qaldırmaq niyyətindədir. Bu barədə Özbəkistan müdafiə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, iyunun 23-də Özbəkistan və Türkiyənin müdafiə nazirləri general-leytenant Bahodir Kurbanov və ordu generalı Yaşar Gülər telefon danışığında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
"Tərəflər hərbi-texniki əməkdaşlığı yeni səviyyəyə qaldırmaq, döyüş hazırlığı və hərbi təhsil sahəsində əlaqələrin daha da intensivləşdirilməsi barədə razılığa gəliblər", - Müdafiə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, Kurbanov türkiyəli həmkarını Özbəkistana rəsmi səfərə dəvət edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.