RUSİYA

MKİ direktoru ilə görüş imkanı qalır - Narışkin

Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, son vaxtlar MKİ-nin direktoru ilə heç bir əlaqə yoxdur.
Sputnik
BAKI, 23 iyun — Sputnik. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börnslə hələ də görüşmək imkanı var və əlaqələri davam etdirməyə ehtiyac var. Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin TASS-a bildirib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri qeyd edib ki, son vaxtlar MKİ-nin direktoru ilə heç bir əlaqə yoxdur:

"Lakin eyni zamanda, bizim görüşlərimiz üçün imkan qalır. Bizim kifayət qədər yaxşı şəxsi münasibətlərimiz var və mənə elə gəlir ki, belə təmasların saxlanmasına ehtiyac var".

Xatırladaq ki, kəşfiyyat idarələrinin rəhbərlərinin görüşü 2022-ci il noyabrın 14-də Ankarada Türkiyə Milli Kəşfiyyat Təşkilatının qərargahında baş tutub. Narışkin qeyd edib ki, görüş çox münbit şəraitdə keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.