Heydər Əliyev ili

“Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib

Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar məhz insan hüquqlarının etibarlı müdafiəsinə, vətəndaş məmnunluğuna xidmət edir.
Sputnik
BAKI, 23 iyun — Sputnik. Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Nəzarətində Ombudsman Aparatı ilə birgə Ümummilli Liderin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev və hüquqi dövlət quruculuğu" mövzusunda tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri düzülüb, Vətən müharibəsində şəhid olan Azərbaycan sərhədçilərinin əziz xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Liderə həsr edilmiş “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib
Tədbirdə Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov iştirak edib.
Çıxış edənlər müstəqillikdən sonra kifayət qədər mürəkkəb bir dövrdə hakimiyyətə qayıdan Ulu Öndərin dövlətçilik, qanunçuluq, demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması kimi ali məqsədlərə nail olmaq üçün mütərəqqi addımlar atdığını bildiriblər.
Ümummilli Liderin müdrik siyasəti nəticəsində ölkəmizin dövlət müstəqilliyinin qorunub saxlanılması, milli dövlətçiliyimizin möhkəmlənməsi, məhkəmə-hüquq sisteminin inkişafı, o cümlədən insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə xidmət edən islahatların həyata keçirilməsi istiqamətində çoxsaylı uğurların qazanılması vurğulanıb.
Ümummilli Liderə həsr edilmiş “Heydər Əliyev və hüquqi dövlət quruculuğu” mövzusunda tədbir keçirilib
Müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulu və Konstitusiyanın maddələrinin üçdə bir hissəsinin məhz insan hüquq və azadlıqlarına həsr olunması, bu sahədə ilk fundamental sənədin – bu il 25 ili tamam olan Fərmanın və Dövlət Proqramının qəbulu, Ombudsman institutunun yaradılması, vətəndaş cəmiyyətinin təşəkkülü və inkişafının Ulu Öndərin müstəsna xidmətlərindən olduğu xüsusi qeyd edilib.
Diqqətə çatdırılıb ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatlar məhz insan hüquqlarının etibarlı müdafiəsinə, vətəndaş məmnunluğuna xidmət edir. Dövlətimizin başçısının vurğuladığı kimi, dövlət siyasətimizin mərkəzində məhz vətəndaş amili dayanır.
Tədbirin sonunda hərbi qulluqçuları maraqlandıran suallar Ombudsman Aparatının sektor müdiri tərəfindən cavablandırılıb.