BAKI, 23 iyun — Sputnik. Ötən gündən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təxirə salınan daha iki J2-2153 və J2-263 reysinin sərnişinləri Naxçıvana yola düşüblər. Bu barədə AZAL-dan məlumat verilib.
Bildirilib ki, əlverişli hava şəraiti olduğu təqdirdə aviaşirkət normal fəaliyyətə qayıtmaq üçün bu istiqamət üzrə qısa müddətdə bütün gecikmiş uçuşları gün ərzində yerinə yetirməyi planlaşdırır.
"Gecikmiş reyslərin sərnişinlərindən aktual məlumatları aviaşirkətin sosial şəbəkələrdəki rəsmi səhifələrində və KİV-də izləmələri və ya callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə bizimlə əlaqə saxlamaları xahiş olunur", - deyə məlumatda qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.