BAKI, 23 iyun — Sputnik. Anqlo-saksonlar öz psevdodemokratik siyasətlərinə kütləvi dəstəyi simulyasiya edərək neokolonializm ittihamlarını boğmağa çalışırlar. Bu fikri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Mərkəzi Asiya ölkələrindən olan həmkarları ilə görüşündə deyib.
"Qərb informasiya və təbliğat sferasında özünə sərfəli gündəm formalaşdırır və onun psevdodemokratik siyasətinə kütləvi dəstək kimi yanlış təəssürat yaradır. Beləliklə, ABŞ və Britaniya onlara qarşı neokolonializmlə bağlı əsaslı ittihamlar susdurmağa çalışır", - deyə Patruşev bildirib.
Xatırladaq ki, martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Azərbaycan prezidenti qeyd edib ki, təəssüf ki, bu gün biz neokolonializm meylinin artdığını müşahidə edirik.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.