SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin daxili işlər naziri azərbaycanlı həmkarı ilə danışıb

Ali Yerlikaya deyib ki, "hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük".
Sputnik
BAKI, 22 iyun - Sputnik. Azərbaycan və Türkiyənin daxili işlər nazirləri arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün rəsmi Twitter hesabında yazıb.
"Jandarm Qüvvələri Komandanı Ordu generalı Arif Çətinlə, dost və qardaş ölkə Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazovla telefon danışığı apardıq.
Hörmətli həmkarımla ölkələrimiz arasında sarsılmaz əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük", - Ali Yerlikaya yazıb.
Xatırladaq ki, iyunun 3-də Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan ölkənin yeni Nazirlər Kabinetinin tərkibini açıqlayıb. O, Süleyman Soylunu ölkənin Daxili işlər naziri postundan azad edərək bu vəzifəyə Ali Yerlikayanı gətirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.