RUSİYA

Şoyqu Rusiya prezidentinə hesabat verdi: Risk görmürük

Rusiya müdafiə naziri bildirib ki, orta hesabla gündə 1336 nəfər və yaxud bir alay müqavilə ilə xidmətə qəbul edilir.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Rusiya Federasiyasının silahlı qüvvələri hər gün orta hesabla 110-dan çox modernləşdirilmiş yeni texnika alır.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu cümə axşamı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının iclasında bildirib.
"Orta hesabla gündə 1336 nəfəri müqavilə ilə xidmətə qəbul edirik, əslində hər gün bir alay qəbul edirik. Üstəlik, hər gün texnika baxımından biz 112 ədəd texnika alırıq. Bura həm modernləşdirilmiş texnikalar, həm də yeni texnikalar aiddir. Ona görə də burada biz ciddi irəliləyiş əldə etmişik və ehtiyatların formalaşmasını pozacaq risk görmürük", - o, Rusiya Prezidenti Vladimir Putinə hesabat verərkən deyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bundan əvvəl məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.