DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiya Hindistanın dördüncü ən böyük ticarət tərəfdaşına çevrilib

Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar bildirib ki, ölkə Rusiya ilə strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığı davam etdirəcək.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Ticarət həcmi baxımından Rusiya Hindistanın dördüncü ən mühüm tərəfdaşına çevrilib.
Bu barədə "RİA Novosti" agentliyi Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatlarına istinadən yazır.
Yanvar-aprel aylarında Moskva ilə Yeni Dehli arasında ticarət dövriyyəsinin, təxminən 4 dəfə artaraq rekord həddə - 21,8 milyard dollara çatdığı vurğulanıb.
O da bildirilib ki, Hindistan tərəfindən bu ilin ilk 4 ayında Rusiya mallarının alışı 4,2 dəfə artaraq 20,5 milyard dollar təşkil edib. Eyni zamanda Hindistan mallarının idxalı cəmi 1,6 dəfə artaraq 1,3 milyard dollara çatıb.
Daha əvvəl Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar bildirib ki, ölkə Rusiya ilə strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığı davam etdirəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.