BAKI, 22 iyun — Sputnik. Qərb geostrateji rəqabət şəraitində üstünlüklər əldə etmək üçün insan hüquqları ilə manipulyasiya edir. Bunu Belarusun BMT-dəki daimi nümayəndəsi Larisa Belskaya "Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü" ilə bağlı panel müzakirəsində bildirib.
Belarus diplomatı narahatedici tendensiyanı vurğulayaraq bildirib ki, dünya daha rəqabətli və çoxmərkəzli olduqca, Qərb ölkələri getdikcə dünya nizamına və insan hüquqları konsepsiyasına öz baxışlarını qoruyub saxlamağa və təbliğ etməyə çalışırlar.
"Bu, başqa şeylərlə yanaşı, geostrateji rəqabət şəraitində üstünlük əldə etmək üçün insan hüquqları ilə bağlı məsələlərin manipulyasiyasında özünü göstərir. Bu, liberal demokratiyaların mövcud olduğu, qlobal dəyərlər toqquşması deyilən rəvayətlərin yayılmasında özünü göstərir", - Belskaya bildirib.
Belarus nümayəndəsi dünyanın ayrı-ayrı ölkələrində insan hüquqlarının pozulması ilə bağlı ən rezonans doğuran hallara dair Xarici İşlər Nazirliyinin hazırladığı hesabatı da təqdim edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.