BAKI, 22 iyun — Sputnik. Qərb ölkələri Kiyev hakimiyyətinə son ukraynalıya qədər döyüşü davam etdirmək üçün fövqəladə təzyiq göstərir.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Kollektiv Qərbin Kiyevə fövqəladə təzyiqləri davam etdirməsi göz qabağındadır", - Kreml sözçüsü bildirib.
Prezidentin mətbuat katibi USQ-nin cəbhədəki uğursuzluqlarından danışmayıb.
"USQ-nin uğursuzluqları barədə peşəkarlar danışmalıdırlar, yəni bizim hərbçilər və digər müvafiq xidmətlərin nümayəndələri", - deyə o qeyd edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib, burada müdafiə naziri Sergey Şoyqu və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin xüsusi hərbi əməliyyat zonasındakı vəziyyət, şəxsi heyət və texnikanın itkiləri ilə bağlı məruzələrini dinləyib.
Hesabatları dinləyən Rusiya dövlət başçısı qeyd edib ki, Qərbdən Ukraynaya əlavə hərbi texnika tədarük etmək mümkündür, lakin səfərbərlik ehtiyatları qeyri-məhdud deyil.
"Görünür, Ukraynanın Qərb müttəfiqləri həqiqətən də Rusiya ilə son ukraynalıya qədər döyüşmək qərarına gəliblər", - deyə Putin bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.