BAKI, 22 iyun — Sputnik. NATO-nun "Havadan Müdafiə" təlimi narahatedici addımdır, lakin Moskva öz təhlükəsizliyini təmin etmək üçün əlindən gələni etməyə hazırdır.
Bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
"Bu, narahatedici addımdır... Biz bu tədbirlərdən heç bir şəkildə şoka düşmürük, onlara emosional yanaşmırıq. Bizim hərbi ekspertlərimiz öz işlərini görürlər və nə baş verməsindən asılı olmayaraq, istənilən şəraitdə - bu, istər amerikalıların strateji aviasiyasının Sankt-Peterburq yaxınlığındakı təxribat xarakterli uçuşları, ya da istər təlimləri olsun, biz təhlükəsizliyimizi təmin etmək üçün lazım olan hər şeyi etməyə hazırıq. Ancaq Rusiya heç vaxt vəziyyəti gərginləşdirən tərəf olmayacaq", - deyə o, "RT"-yə müsahibəsində bildirib.
Diplomat onu da əlavə edib ki, Rusiya təhlükəsizlik üçün öz məsuliyyətini tam dərk edir və "yəqin ki, hazırda, NATO-nun yaradılmasından bəri kollektiv qərb ilə münasibətlərdə ən pis böhran dövrün baş verdiyini başa düşür".
Qeyd edək ki, iyunun 12-dən 23-dək Almaniyada "Air Defender 23" təlimləri keçirilir. Təlimlərdə 25 ölkədən on min hərbi və 250 təyyarənin iştirak edəcəyi bildirilib. Almaniya Hərbi Hava Qüvvələrinin komandanı İnqo Gerharts təlimlər zamanı Kalininqrad vilayəti yaxınlığında uçuşların planlaşdırılmadığını və manevrlərin özünün Rusiyaya qarşı təxribat olmadığını bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.