SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Chatham House-da Ermənistanın hərbi-siyasi təxribatlarını anladıb

Azərbaycan XİN rəhbəri Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilmiş dəyirmi masa müzakirələrində çıxış edib.
Sputnik
BAKI, 22 iyun — Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində qabaqcıl beyin mərkəzlərindən biri olan Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) təşkil edilmiş dəyirmi masa müzakirələrində çıxış edib.
XİN-dən verilən xəbərə görə, tədbirdə, Azərbaycan-Birləşmiş Krallıq münasibətləri, qlobal və regional təhlükəsizlik məsələləri, o cümlədən enerji təhlükəsizliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, sülh gündəliyi, Ermənistanın sülh prosesinə xələl gətirən hərbi-siyasi təxribatları, mövcud mina təhlükəsi, işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, habelə əhalinin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfindən atılan addımlar və digər məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov tədbir zamanı iştiraçıları maraqlandıran sualları cavablandırıb.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan gələn həftə Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar aparılacağını açıqlayıb.
Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin rəsmi Bakının xahişi ilə görüş təxirə salınmışdı. Vaşinqtonda nazirlərin əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib. XİN rəhbərləri ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.