BAKI, 22 iyun — Sputnik. ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanın əks-hücum əməliyyatı zamanı Rusiya Silahlı Qüvvələri tərəfindən Şimali Atlantika Alyansının hərbi texnikasının məhv edilməsi ilə bağlı bəyanatlarından sonra təşvişə düşüb. Bu fikri ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyatçısı Skot Ritter səsləndirib.
"Putin dedi ki, Rusiya NATO-nun Ukraynaya verdiyi hər şeyi məhv edir. Bayden panikaya düşmədən onu dəstəkləyənlərin gözlərinin içinə baxa bilməz", - Ritter bildirib.
Ritter hesab edir ki, Rusiya liderinin bu bəyanatlarından sonra ABŞ hərbi-siyasi elitasında qorxu yayılır.
Rusiya prezidenti Vladimir Putin iyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) çıxışı zamanı bildirib ki, döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin (USQ) bir neçə "Leopard" tankı məhv edilib.
Rusiya lideri vurğulayıb ki, F-16 qırıcıları Kiyevə çatdırılsa, onlar da eyni aqibətlə üzləşəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.