HƏRBİ

Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edib

Azərbaycanın Müdafiə Nazirliyi ordu bölmələrimizin Qaraiman yaşayış məntəqəsini atəşə tutması barədə Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib.
Sputnik
BAKI, 22 iyun - Sputnik. İyunun 22-si saat 17:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə bu ölkənin Müdafiə Nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda deyilir.
16:22
Müdafiə Nazirliyi iyunun 22-si saat 13:00 radələrində Azərbaycan Ordusunun bölmələrinin Ağdərə rayonu istiqamətində atəş açması nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin bir üzvünün yaralanması barədə yayılan məlumata münasibət bildirib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bölmələrimiz qeyd olunan istiqamətdə atəş açmayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.