TƏHSİL

Qəbul imtahanlarının ölkə birincisi hansı ali təhsil müəssisəsini seçib?

Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzinin 2023/2024-cü tədris ili üzrə keçirdiyi qəbul imtahanlarında ən yüksək bal toplayaraq Azərbaycan birincisi adını qazanan abituriyent Cavid Nəzərov SOCAR-ın Bakı Ali Neft Məktəbini (BANM) seçir.
BANM-dən bildirilib ki, I ixtisas qrupunun və bütün qrupların lideri buraxılış imtahanında 295,8, blok imtahanında 397 olmaqla ümumilikdə 692,8 bal toplayıb. O, SOCAR-ın Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq arzusundadır.
Cavid Nəzərov Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur.
Xatırladaq ki, Bakı Ali Neft Məktəbi dövlət ali təhsil müəssisəsi statusunda Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında" 29 noyabr 2011-ci il tarixli 539 nömrəli Fərmanı ilə yaradılıb.
Bakı Ali Neft Məktəbi Azərbaycanda və xarici ölkələrdə fəaliyyətini genişləndirən SOCAR-ın və ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında ingilis dilində təhsil almış yüksəkixtisaslı mühəndis kadrlarına olan ehtiyaclarını ödəmək məqsədilə təsis edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.