BAKI, 21 iyun — Sputnik. Rusiya iqtisadiyyatı xarici çətinliklərə və irimiqyaslı daxili vəzifələrə baxmayaraq, davamlı inkişaf imkanlarına malikdir.
Bunu Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina söyləyib.
Xatırladaq ki, çərşənbə günü o, özəl sektorun çevik və səmərəli işi sayəsində Rusiya iqtisadiyyatının sürətlə bərpa olunduğunu söyləyib.
Mərkəzi Bankın rəhbəri Federasiya Şurasında çıxışı zamanı deyib: "İqtisadiyyatımız xarici çətinliklərə və irimiqyaslı daxili vəzifələrə baxmayaraq, davamlı inkişaf imkanlarına malikdir".
Nabiullina vurğulayıb ki, bu imkanları reallaşdırmaq üçün maliyyə bazarı böyük rol oynamalıdır.
"Biz bunu başa düşürük və tənzimləmədə, siyasətimizdə etdiyimiz dəyişikliklər bu vəzifələri yerinə yetirmək üçün sistemin dəqiq tənzimlənməsidir", - deyə o, fikrini tamamlayıb.
Bir gün əvvəl isə Nabiullina qeyd edib ki, Rusiya iqtisadiyyatı 2021-ci ilin sonunda iqtisadi aktivlik səviyyəsinə qayıtmağa yaxındır. Mərkəzi Bankın proqnozuna görə, bu ilin sonuna ölkədə ÜDM 0,5-2% artacaq.