RUSİYA

Ermənistanın Rusiya sülhməramlılarına qarşı ittihamları tamamilə əsassızdır - Zaxarova

XİN sözçüsü bildirib ki, Rusiya tərəfi dəfələrlə məsləhətçi yardımla Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın səmərəli, hərtərəfli işinə başlamağı təklif edib.
Sputnik
BAKI, 21 iyun - Sputnik. "Ermənistanın Rusiya sülhməramlılarına qarşı ittihamları tamamilə əsassızdır. Bununla bağlı media ritorikasının dərəcəsini azaltmağı şiddətlə tövsiyə edirik".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə “news.ru” saytının sualını cavablandırarkən deyib.
Zaxarova qeyd edib ki, Moskva sərhəd xəttinin keçidinin müəyyənləşdirilməsində Bakı və İrəvana kömək etməyə hazırdır.
“Rusiya tərəfi dəfələrlə məsləhətçi yardımla Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın səmərəli, hərtərəfli işinə başlamağı təklif edib. Rusiya ilə sərhəd xəttinin keçidinin müəyyənləşdirilməsində kömək etməyə hazırıq”, - deyə o fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.