CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dini Komitə: Son bir ildə 181 din xadiminin fəaliyyətinə xitam verilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini "Azərbaycanın dövlət-din modeli" mövzusunda keçirilən konfransda çıxış edib.
Sputnik
BAKI, 21 iyun — Sputnik. İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı müsahibənin statistikası açıqlanıb.
Bu statistikanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Azərbaycanın dövlət-din modeli" mövzusunda keçirilən konfransda çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib: "Müsahibədən keçənlərin 112-si isə təyinat ala bilib. İkinci vakansiya zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri təyinat ala bilib".
Gündüz İsmayılovun sözlərinə görə, üçüncü vakansiya ilə bağlı sənəd qəbulu başa çatıb.
Sədr müavini son bir il ərzindəki təyinatların statistikasını da açıqlayıb: "Son bir il ərzində din xadimləri üzrə 169 təyinat olub. 21 rotasiya olduğu halda, 181 din xadiminin fəaliyyətinə xitam verilib".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.