BAKI, 21 iyun — Sputnik. Rusiya Braziliya ilə Ukraynadakı münaqişənin mümkün həlli yollarını müzakirə edir, lakin bu cür planların uğurla həyata keçirilməsi üçün hələlik konkret inkişaf yoxdur.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "TASS"a bildirib.
Bəzi KİV-lərin məlumatına görə, bundan əvvəl Braziliya lideri Moskva və Kiyevə özünün nümayəndəsini göndərdiyini söyləyib. O, həmçinin münaqişənin yaxın vaxtlarda həllinə səsləyib.
"Həqiqətən də, Braziliya tərəfi ilə əlaqələr var, dialoq aparılır. Amma təəssüf ki, hələlik bu cür planların uğurla həyata keçirilməsi üçün konkret inkişaf və ya ilkin şərtlər yoxdur", - deyə Kremlin sözçüsü bildirib.
Əlavə edirik ki, mayın sonunda Luis İnasiu Lula da Silva rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı ölkənin G7 tərəfindən Xirosima sammitinin qonaqlarını Rusiya Federasiyasına qarşı çıxmağa məcbur etməyə çalışan təzyiqlərinə boyun əyməyəcəyini bəyan edib.
Braziliya xarici işlər nazirinin müavini Laudemar Netu da Braziliyada Putinin 2024-cü ildəki səfərini gözlədiklərini söyləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.