BAKI, 21 iyun — Sputnik. Pekin ABŞ Prezidenti Cozef Baydenin ÇXR Sədri Si Cinpin barədə səsləndirdiyi sözlərinə görə etiraz bildirib.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib.
"ABŞ Prezidenti Cozef Baydenin məsuliyyətsiz bəyanatı diplomatik etiketə ziddir və açıq təxribatdır. Çin buna kəskin etirazını ifadə edir", - xarici siyasət idarəsinin nümayəndəsi belə deyib.
"Reuters" agentliyinin məlumatına görə, ABŞ-ın dövlət başçısı özünün seçki kampaniyası çərçivəsində Kaliforniya ştatında keçirdiyi görüşdə ÇXR Sədri Si Cinpini "diktator" adlandırıb.