CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda 2500 məsciddən 1500-ü daimi fəaliyyət göstərir - Mübariz Qurbanlı

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin sözlərinə görə, din adından sui-istifadə halları yalnız İslama aid deyil. Başqa dinlərdən də sui-istifadə halları var.
Sputnik
BAKI, 21 iyun — Sputnik. "Azərbaycanda 2500-ə qədər məscid var. Onlardan 1500-ə qədəri daimi fəaliyyət göstərir".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azərbaycanın dövlət-din modeli" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, din adından sui-istifadə halları yalnız İslama aid deyil: "Başqa dinlərdən də sui-istifadə halları var. Dövlətimizin qarşısında duran vəzifə Azərbaycanı bölgənin ən güclü dövlətinə çevirməkdir".
Dövlət Komitəsinin sədri bildirib ki, rəhbərlik etdiyi qurum hər zaman milli-mənəvi dəyərlərin qorunmasına öz töhfəsini verəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.