SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ararat Mirzoyanın müavini Luazo ilə Azərbaycan və Türkiyə barədə nə danışıb?

Ermənistanın təhlükəsizliyini qiymətləndirmək üçün gələn avropalı parlamentarilər Luazo ilə birlikdə Sünikə gedərək Sisian hava limanında olublar.
Sputnik
BAKI, 21 iyun — Sputnik. Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Avropa Parlamentinin təhlükəsizlik və müdafiə üzrə alt komitəsinin rəhbəri Natali Luazo ilə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması proseslərini müzakirə edib.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, həmsöhbətlər Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Kostanyan Aİ missiyasının Ermənistanda yerləşdirilməsinə və Aİ-nin regionda təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsinə yönəlmiş səylərinin əhəmiyətindən danışıb.
Xarici işlər nazirinin müavini Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini təqdim edib, həmçinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş addımlara toxunub.
Qeyd edək ki, Ermənistanın təhlükəsizliyini qiymətləndirmək üçün gələn avropalı parlamentarilər Luazo ilə birlikdə Sünikə gedərək Sisian hava limanında olublar. Onlar Laçın dəhlizinə doğru patrul gedən avropalı müşahidəçilərə qoşulacaqlar.
Xatırladaq ki, Aİ-nin Ermənistandakı monitorinq missiyası missiyanın rəhbəri Markus Ritter və Avropa Parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Natali Luazonun Laçın dəhlizinə doğru patrul missiyasına gedəcəklərini bildirmişdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.