BAKI, 20 iyun - Sputnik. Rusiya iqtisadiyyatı 2021-ci ilin sonunda olduğu iqtisadi aktivlik səviyyəsinə qayıtmağa çox yaxındır. RİA Novosti xəbər verir ki, bunu Rusiya Bankının rəhbəri Elvira Nabiullina bildirib.
“İndi iqtisadiyyatımız 2021-ci ilin sonunda olduğu iqtisadi aktivlik səviyyəsinə qayıtmağa artıq çox yaxındır", - deyə qurum rəhbəri maliyyə təhsili könüllülərinin qurultayında çıxış edərkən deyib.
E. Nabiullina qeyd edib ki, Rusiya iqtisadiyyatı "potensialına qədər bərpa olunacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.