RUSİYA

Putin Ukraynadakı vəziyyətlə bağlı təmaslara açıqdır - Peskov

Rusiya dövlət başçısının mətbuat katibi bildirib ki, Putinin Afrika nümayəndə heyəti ilə çox məhsuldar dialoqu baş tutdu və bu dialoq davam edəcək.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı təmaslara açıqdır. Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

"Rusiya Prezidentinin Afrika nümayəndə heyəti ilə çox məhsuldar dialoqu baş tutdu və bu dialoq davam edəcək. Məsələnin digər tərəfi də bu cür danışıqların potensial təsiridir. Kiyevin hazırkı mövqeyi danışıqlar üçün sabit zəmin yaratmır", - Peskov jurnalistlərə bildirib.

Qeyd edək ki, bu günlərdə Putin Cənubi Afrika Respublikasının rəhbəri Siril Ramafosa ilə Ukraynadakı münaqişənin həlli ilə bağlı bir sıra məsələləri müzakirə etdiyini bildirib.
Ramafosa Rusiyanın böhranla bağlı mövqeyini ətraflı şəkildə təqdim etdiyinə və bu mövzu ilə bağlı yeddi Afrika ölkəsinin nümayəndələrinin fikirlərini diqqətlə dinlədiyinə görə Putinə təşəkkür edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.