BAKI, 20 iyun — Sputnik. Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazir Nikol Paşinyanın 44 günlük müharibənin təhqiqat komissiyasının iclasında sensassion detallar açıqlayacaq. Sputnik Ermənistan-ın xəbərinə görə, o, bu barədə parlamentdə keçirdiyi brifinqdə bildirib.
"Bəziləri gözlənilməz və maraqlı detallar gözləyir. Anladığım qədər, baş nazir hər şeyi ətraflı şəkildə təqdim edəcək. Müxalifətin son illər səsləndirdiyi bütün ittihamlarla bağlı efirdə baş nazirə sual vermək imkanı olub, lakin onlar bu fürsətdən istifadə etməyiblər", - deyə erməni spiker bildirib.
Eyni zamanda o, baş nazirin canlı efirdə çıxış edərək məsuliyyəti müxalifətin üzərinə yıxmağa çalışması ilə bağlı ittihamları yersiz hesab edir. Siyasətçi müxalifəti görüşə gəlməyə və lazımi sualları verməyə çağırıb. Onun sözlərinə görə, müxalifətin deməyə sözü yoxdur:
"Qoy gəlib tələb etsinlər ki, görüşün müəyyən hissəsi bağlı qapılar arxasında keçirilsin".
Bundan əvvəl keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Baş Qərargahın keçmiş və indiki rəisləri Onik Qasparyan və Edvard Asryan və bir sıra digər rəsmi şəxslər komissiyada olub və sualları cavablandırıblar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.