RUSİYA

Gürcüstan Rusiya ilə yalnız ticari-iqtisadi əlaqələr saxlayır - Kobaxidze

Gürcüstanın Milli Statistika Xidməti bazar ertəsi bildirib ki, bu ilin beş ayı ərzində Gürcüstan ilə Rusiya arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,4% çoxdur.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Gürcüstan Rusiya ilə yalnız ticari-iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyəti davam etdirir. Bu barədə jurnalistlərə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze məlumat verib.

"Bizim ticari-iqtisadi əlaqələrimiz var və bundan kənara çıxmırıq. Konkret kommunikasiya kanalları var, Rusiya ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəmiz var. Bu, Rusiya ilə yeganə kommunikasiya kanalıdır. Söhbət ticarət, iqtisadi və humanitar məsələlərdən gedir", - Kobaxidze bildirib.

Gürcüstanın Milli Statistika Xidməti bazar ertəsi bildirib ki, bu ilin beş ayı ərzində Gürcüstan ilə Rusiya arasında ticarət dövriyyəsi 1 milyard dolları keçib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 38,4% çoxdur.
2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb və Tbilisi buna cavab olaraq Moskva ilə diplomatik əlaqələri kəsib. Gürcüstan və Rusiya arasında birbaşa dialoq yalnız Gürcüstanın baş nazirinin Rusiya Federasiyası ilə münasibətlərin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və rusiyalı senator Qriqori Karasin formatında davam etdirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.