DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan Qərbin vədlərindən və başqa şeylərdən bezib - Lukaşenko

Belarus lideri qeyd edib ki, Qərbdən nəsə təklif olunarsa, bu, yalnız resurs müqabilində və ya Qərb üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq.
Sputnik
BAKI, 20 iyun — Sputnik. Gürcüstan Qərbin vədlərindən bezib və postsovet ölkələrinin bazarlarına qayıtmaq istəyir. Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT-yə üzv ölkələrin xarici işlər nazirləri ilə görüşündə deyib.

"Gürcüstan nümunəsinə diqqət edin. Siz onların siyasətində müəyyən dəyişiklik görürsünüz: onlar Qərbin vədlərindən və başqa şeylərdən beziblər və yenidən bizim bazarlara qayıtmaq istəyirlər, çünki heç kim sizi öz bazarlarına südlə, ətlə, şərabla buraxmaz. Bazarlar çoxdan bölünüb və onlar üçün ağır mübarizə gedir. Bu, bizim bir yerdə qalmağımızın ikinci səbəbidir. Bu, bizim bildiyimiz bazardır", - "Belta" xəbər agentliyi Lukaşenkodan sitat gətirir.

Belarus lideri qeyd edib ki, Qərbdən nəsə təklif olunarsa, bu, yalnız resurs müqabilində və ya Qərb üçün faydalı olan siyasi kursun aparılması müqabilində olacaq.
"Tələsməyə, bir-birimiz üçün vəziyyəti daha da pisləşdirməyə və bir-birimizdən uzaqlaşmağa çalışmaq lazım deyil. Xüsusilə də bu çətin zamanda bir yerdə olmalıyıq", - Lukaşenka əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.