HƏRBİ

Bu Ermənistan müdafiə nazirliyinin növbəti yalanıdır - Azərbaycan MN

Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu Ermənistan müdafiə nazirliyinin növbəti yalanıdır.
Sputnik
BAKI, 20 iyun — Sputnik. İyunun 20-si saat 16:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən yaşayış məntəqəsində mülki infrastrukturun müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması barədə yayılan məlumat bu ölkənin müdafiə nazirliyinin növbəti yalanıdır, həqiqətə uyğun deyil.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
"Qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - MN-dən bildirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.