AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident 2023-cü il dövlət büdcəsi haqqında Qanunu təsdiqləyib

Sənədə əsasən Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq "Büdcə sistemi haqqında" Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir
Sputnik
BAKI, 19 iyun — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə Qanunu təsdiqləyib.
Sənədə əsasən Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 890 500,0 min manat, xərcləri 36 624 800,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 125 798,0 min manat, yerli gəlirləri 764 702,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 847 792,0 min manat, yerli xərcləri 777 008,0 min manat) məbləğində təsdiq edilib.
Bundan başqa, Prezident "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib.
Sənədə əsasən Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq "Büdcə sistemi haqqında" Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.
Prezident İlham Əliyev "Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə Qanunu təsdiqlənib. Belə ki, DSMF-nin gəlirləri və xərcləri 4 milyon manat artırılaraq 6 267 970 000 manata qaldırılıb.