BAKI, 19 iyun — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində respublikaçı konqresmenlər Pentaqonun raket istehsalını, xüsusən də Ukrayna ordusu üçün xərcləməyi planlaşdırdığı məbləği azaltmağı təklif ediblər. Bu barədə "Politico" sənəd layihəsinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, qanunvericilər ABŞ Müdafiə Nazirliyinin raket alışı ilə bağlı xərclər haqqında qanun layihəsinin həmin maddələrində ixtisarlara nail olmaq istəyirlər. "Politico" vurğulayır ki, Pentaqon Kiyevi təchiz etməyə və Çin Xalq Respublikası ilə potensial münaqişəyə hazırlaşır.
Komitə narahatdır ki, Departament real xərclər smetasını təqdim edə bilmir və hər bir proqramın vahid maya dəyəri və istehsal gücü barədə dəqiq anlayış olmadan bu çoxillik satınalma sifarişləri ilə davam edir.
Qənaət edilən vəsaitin hərbi hazırlığın təkmilləşdirilməsinə, texniki xidmətə, eləcə də yeni texnologiyaların öyrənilməsinə yönəldilməsi təklif edilir.