BAKI, 19 iyun — Sputnik. Ermənistan sərhəd xəttində Azərbaycan bayrağının qaldırılmasına görə baş vermiş insidentlə bağlı Rusiyanın rəsmi reaksiyasını gözləyir. Bu barədə brifinqdə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.
"Hadisə araşdırılır. Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı öz mövqeyini və narahatlığını təqdim edib. Biz rəsmi cavab gözləyəcəyik", - deyə o bildirib.
Qeyd edək ki, iyunun 15-i saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.
Bildirilib ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub.
İyunun 16-da Ermənistan Xarici İşlər Nazirliyində Rusiya səfiri Sergey Kopırkinin iştirakı ilə görüş keçirilib.