DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin-ABŞ münasibətlərinin gələcəkdə necə inkişaf edəcəyinə qərar verməliyik - Van İ

Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr üzrə Komissiyasının rəhbəri Çin-ABŞ münasibətlərinin pisləşməsini dayandırmağa və münasibətləri sağlam və sabit inkişaf yoluna qaytarmağa çağırıb.
Sputnik
BAKI, 19 iyun — Sputnik. Pekin və Vaşinqton Çin-ABŞ münasibətlərinin gələcəkdə necə inkişaf edəcəyinə qərar verməlidir. Bunu Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin xarici əlaqələr üzrə Komissiyasının rəhbəri Van İ ABŞ dövlət katibi Entoni Blinken ilə Pekində keçirilən danışıqlarda deyib.
"ABŞ dövlət katibinin Pekinə bu səfəri Çin-ABŞ münasibətlərində kritik bir məqama təsadüf edir və biz dialoq və ya qarşıdurma, əməkdaşlıq və ya münaqişə arasında seçim etməliyik", - Çin Mərkəzi Televiziyası Van İdən sitat gətirib.
O, Çin-ABŞ münasibətlərinin pisləşməsini dayandırmağa və mnüasibətləri sağlam və sabit inkişaf yoluna qaytarmağa çağırıb.
Blinken iyunun 18-dən 19-dək Pekində səfərdə olacaq. Bazar günü Çinin xarici işlər naziri Sin Qan amerikalı həmkarı ilə danışıqlar aparıb. Sin Qan Çin-ABŞ münasibətlərinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından bəri ən aşağı səviyyəyə çatdığına diqqət çəkib. O bəyan edib ki, Çin hakimiyyəti ABŞ hökumətindən "vahid Çin" prinsipinə riayət etməyi və Tayvan separatçılarına yardım etməməyi tələb edir.