RUSİYA

Çexiya prezidentinin rusiyalılarla bağlı bəyanatı təəssüf doğurur - Rusiya XİN

Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bu, bu gün Qərbi Avropa ölkələrində hökm sürən rusofobiyanın dərəcəsini ifadə edir.
Sputnik
BAKI, 19 iyun — Sputnik. Çexiya prezidenti Petr Pavelin rusiyalılarla bağlı bəyanatı təəssüf doğurur və Qərbdə rusofobiyanın müvafiq dərəcəsini əks etdirir. Bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Bilirsiniz, biz adətən prezidentlərin bəyanatlarını şərh etməməyə çalışırıq. Bu halda mən bunu onun vicdanına və prezidenti olduğu Çex xalqının mühakiməsinə buraxıram. Bu, bu gün Qərbi Avropa ölkələrində hökm sürən rusofobiyanın dərəcəsini ifadə edir", - Qruşko TASS-ın sualını cavablandırarkən deyib.
Daha əvvəl Çexiya Prezidenti Petr Pavel müsahibəsində Qərb ölkələrində yaşayan bütün Rusiya vətəndaşları əvvəlkindən qat-qat diqqətlə izlənilməlidir deyərək, bunun ABŞ-ın İkinci Dünya Müharibəsi zamanıYaponiya vətəndaşlarına münasibətdə istifadə etdiyi yanaşma olduğunu xatırladıb. Daha sonra prezidentin sözçüsü Marketa Rjexakova bildirib ki, söhbət hər hansı təqibdən deyil, "risk faktorları olan" rusiyalıların monitorinqindən gedir.