CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün növ sosial müavinətlərin ödəniləcəyi tarix açıqlanıb

İyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Sputnik
BAKI, 19 iyun - Sputnik. Qurban bayramı ilə əlaqədar bütün növ sosial müavinətlər qrafikdən əvvəl ödəniləcək.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
Qeyd edilib ki, iyunun 22-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.