Mətbuat mərkəzi

Azərbaycan-Rusiya münasibətlərinin perspektivləri və onların regiona təsiri

Nəqliyyat kommunikasiyalarının açılması prosesi çərçivəsində iki ölkənin baş nazirlərinin müavinləri arasında ayrıca görüş keçirilib.
Sputnik
Son həftələrdə Azərbaycan Prezidenti İlham Əliyev və baş nazir Əli Əsədov növbə ilə Rusiyaya səfərlər ediblər. Səfər zamanı onlar rusiyalı həmkarları ilə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər.
Nəqliyyat kommunikasiyalarının açılması prosesi çərçivəsində iki ölkənin baş nazirlərinin müavinləri arasında ayrıca görüş keçirilib.
Rusiyalı politoloq və jurnalist Yevgeni Mixaylov iyunun 20-də, saat 11.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında bütün bu səfərlərin ikitərəfli münasibətlərin xarakterinə və regional proseslərin dinamikasına necə təsir edəcəyindən danışacaq.
Əlaqə:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan"ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.