2023-cü il iyunun 11-də Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur.
Böyük inkişaf yolu keçən və fəal siyasi dialoq, intensiv əlaqələr, ikitərəfli və çoxtərəfli formatlarda sıx əməkdaşlıq, ticarət-iqtisadi, humanitar və bir çox digər sahələrdə səmərəli əməkdaşlıq ilə səciyyələnən ikitərəfli dövlətlərarası əlaqələr.
İyunun 21-də saat 13.00-da "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində Bakı-Minsk videokörpüsü zamanı ölkələrin keçdiyi əməkdaşlıq yolunun nəticələri və Azərbaycan-Belarus münasibətlərinin perspektivləri müzakirə olunacaq.
Bakıda:
- Milli Məclisin deputatı, Sosial Araşdırmalar Mərkəzinin sədr müavini Elşad MİRBƏŞİROĞLU;
- "Stem" Analitik Mərkəzinin direktoru Orxan YOLÇUYEV.
Minskdə:
- Belarus Respublikası Milli Məclisi Respublika Şurasının beynəlxalq məsələlər və milli təhlükəsizlik üzrə Komissiyası sədrinin müavini Andrey Vladimiroviç RUSAKOVİÇ;
- iqtisadi ekspert Aleksandr Vyaçeslavoviç KOZLOV.
Əlaqə:
Telefonlar: 404-13-84/85
"Sputnik Azərbaycan"ın multimedia mətbuat mərkəzi Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə ünvanında yerləşir.