BAKI, 19 iyun - Sputnik. Azərbaycan və Ermənistan arasında son vaxtlar görülən işlər çox əhəmiyyətlidir.
APA xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Maria Peyçinoviç-Buriç qurumun yay sessiyasında çıxışı zamanı bildirib.
O, iki ölkə arasında etimad qurulması tədbirlərinin əhəmiyyətindən danışıb, bu yolla Avropa Şurasının məsələlərin həlli yolunun tapılacağına inandığını vurğulayıb.
“Avropa Şurasının nümayəndə heyətinin bu yaxınlarda Azərbaycana səfəri oldu. Bundan bir neçə həftə sonra isə, nümayəndə heyətinin Ermənistana səfəri planlaşdırılıb. Bu yaxınlarda iki ölkə arasında görülən işlər çox vacibdir, mən daha çox dialoqu, bir-birimizi daha çox dinləməyi, həlli açıq qalan məsələlər üzərində daha çox işləməyi təşviq edirəm”, - Baş katib qeyd edib.
Baş katib qeyd edib ki, yeni münaqişələr yaratmaq yerinə mövcud münaqişələrin həllinə ehtiyac var.