HADİSƏ

Bakıda külək güclənib, bəzi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA

Qərb küləyi arabir Goranboyda 25 m/s, Gəncədə 24 m/s, Daşkəsəndə 23 m/s, İsmayıllıda 22 m/s, Göyçayda 22 m/s, Şəmkirdə 18 m/s, Sabirabadda 17 m/s, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib.
Sputnik
BAKI, 18 iyun - Sputnik. Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 18-i saat 20.00-a olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Şəmkir, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Xaçmaz, Şabran, Xaltan, Şahdağ, Mingəçevir, Sabirabad, İmişli, Zərdab, Ağdam, Balakən, Zaqatala, Şəki, Şamaxı, Tərtər, Yevlax, Qax, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan yağış nəticəsində saat 15:13 radələrində Goranboy rayonunun Böylü qəsəbəsindən sel keçib. Saat 15:10 radələrində Ağdam rayonunun Çəmənli və Sarıcalı kəndləri ərazisinə diametri 30-35 mm olan dolu düşüb.