DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Uqandada yaraqlılar 37 nəfəri qətlə yetirib

Azərbaycanın Xarici İşlər Nazirliyi Uqandadalı terror aktını qınayıb və bu barədə nazirliyin “Tvitter” səhifəsində paylaşım edilib.
Sputnik
BAKI, 17 iyun - Sputnik. Cümə günü Uqandanın qərbində Demokratik Qüvvələr Alyansının (DQA) silahlıları tərəfindən orta məktəbin ərazisində əksəriyyəti tələbələr olmaqla ən azı 37 nəfər öldürülüb. Bu barədə TASS şənbə günü ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Feliks Kulayiqyeyə istinadən məlumat verib.
“Otuz yeddi cəsəd tapılıb", - deyə Uqandanın “Monitor” qəzeti onun sözlərindən sitat gətirib.
Kulayigye qeyd edib ki, hücum zamanı məktəbdə 62 şagird olub. Onların yaşı açıqlanmır. Səkkiz nəfər yaralanıb, onların vəziyyəti ağırdır. Altı tələbə qaçırılıb.
Daha əvvəl səlahiyyətlilər 25, Reuters agetliyi isə 41 nəfərin öldüyünü elan etmişdi.
Kulayiqye bildirib ki, ordu bölmələri yaraqlıları məhv etmək və qaçırılan məktəbliləri azad etmək üçün onları təqib edir.
O, hücum edənlərin İslam Dövləti* (İD, Rusiyada qadağan olunmuş) qruplaşması ilə əlaqəli olduğunu bildirib.
DQA 1995-ci ildə Uqandanın qərbindəki müsəlman təriqəti əsasında ölkə hökumətinə müxalif olan islamçı qrup kimi yaradılıb. 2003-cü ildə Uqanda silahlı qüvvələrinin hücumları altında silahlı qruplar Konqo Demokratik Respublikasının şərq bölgələrinə geri çəkilib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Uqandadalı terror aktını qınayıb. Bu barədə XİN-in “Tvitter” səhifəsində paylaşım yer alıb.
“Uqandada məktəbə terror hücumunu şiddətlə qınayırıq. Tələbələrin həyatını itirməsindən dərin kədər hissi keçirir, həlak olanların ailələrinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirik”.
* Rusiya Federasiyası Ali Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli qərarı ilə "İslam Dövləti" qruplaşması (2014-cü ilə qədər - İraq Şam İslam Dövləti, İŞİD) terror təşkilatı kimi tanınıb. Onun Rusiyada fəaliyyəti qadağandır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.