"Bu, bölgəmizin turizm imkanlarının təbliği baxımından mühüm əhəmiyyətə malik bir layihə olacaq. Festival turistlər üçün yeni, yerli əhali üçün isə tanış məkanları yüksəklikdən görmək, heyrətamiz peyzajdan zövq almaq üçün unikal imkandır. İştirakçılar Şamaxının əsrarəngiz mənzərəsini quş uçuşu hündürlüyündən izləyə biləcəklər. Unudulmaz xatirəyə çevriləcək aerostatdakı uçuş inanılmaz sərbəstlik hissi, isti küləyin qoxusu, sevinc və xoş emosiyalar bağışlayacaq. Hava şarlarında uçuş unudulmaz təəssürat üçün gözəl fürsətlərdən biridir. Hər il dünyanın müxtəlif ölkələrində hava şarlarının festivalları keçirilir və turistlər məhz bu uçuşların keçirildiyi yerə səfər edir. Bu ildən etibarən isə belə imkan Azərbaycanda da yaradılır. Bunun üçün sadəcə Şamaxıya gəlməyiniz kifayət edəcək", - məlumatda vurğulanıb.