Heydər Əliyev ili

Filarmoniyada orqan musiqisi axşamı təşkil olunacaq

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunur.
Sputnik
BAKI, 17 iyun - Sputnik. İyunun 23-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş orqan musiqisi axşamı təşkil ediləcək. Bu barədə Azərtac xəbər yayıb.
Konsertdə solistlər Rasimə Babayeva, Nigar Məmmədova (orqan), Nərgiz Əliyeva (piano), Rəna Rəhimova (viola), Fidan Dəmirova (vokal), Orxan Cumayev (cello)Azadə Həbibovanın (violin) ifasında dünya bəstəkarlarının əsərləri səsləndiriləcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.