Azərbaycan-Ermənistan sərhədində vəziyyət

Ermənistan Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur - MN

Bildirilir ki, ordumuz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.
Sputnik
BAKI, 17 iyun - Sputnik. Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətindəı yenidən təxribata əl atıblar. Müdafiə Nazirliyindən verilən xəbərə görə, iyunun 17-si saat 10:45-dən etibarən Ordumuzun Gədəbəy, KəlbəcərLaçın rayonları istiqamətlərində yerləşən bölmələri Ermənistan silahlı qüvvələrinin üzbəüz mövqelərdə yerləşən bölmələri tərəfindən müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutulur.
Azərbaycan Ordusu tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülür.
Əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.