RUSİYA

Dost olmayan ölkələrin şirkətlərinin yarısı Rusiyada qalmağa qərar verib - Kobyakov

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda sazişlərin məbləği 4 trilyon rubla çatıb.
Sputnik
BAKI, 17 iyun - Sputnik. Qeyri-dost ölkələrin şirkətlərinin təxminən yarısı sanksiyalara baxmayaraq, Rusiyada fəaliyyətlərini davam etdirmək qərarına gəlib. Bu barədə jurnalistlərə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPBİF) yekun mətbuat konfransında Rusiya Federasiyası Prezidentinin müşaviri, SPİEF-in hazırlanması üzrə Təşkilat Komitəsinin icraçı katibi Anton Kobyakov məlumat verib.

“Biz hesablamışıq ki, dost olmayan ölkələrdən olan xarici şirkətlərin təxminən yarısı Rusiyada qalıb iqtisadi fəaliyyətlərini davam etdirmək qərarına gəliblər”, - deyə o, bildirib.

Onun sözlərinə görə, bu il Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda sazişlərin məbləği demək olar ki, 4 trilyon rubla çatıb.

“Forumda ümumi dəyəri təxminən 4 trilyon rubl olan 900-dən çox saziş imzalanıb: 3 trilyon 860 milyard rublдгй, o cümlədən xarici şirkətlərin nümayəndələri ilə 43 müqavilə”, - deyə müşavir vurğulayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.