BAKI, 17 iyun - Sputnik. Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində gözlənilən hava şəraiti barədə məlumat yayıb.
Xidmətdən verilən məlumata görə, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.