CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəngəzur Milli Parkının yaradılmasından iyirmi il ötür - VİDEO

Adıçəkilən Milli Parkda İlanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək, yaşıl qurbağa, kiçik ağac qurbağası, bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu kimi heyvan növlərinin məskunlaşıb.
Sputnik
BAKI, 16 iyun — Sputnik. Bu gün akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması günüdür.
Ölkəmizin ilk milli parkı sayılan Zəngəzur Milli Parkı 20 il əvvəl Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 16 iyun tarixli Sərəncamı ilə yaradılıb.
Kiçik Qafqazda - Naxçıvan Muxtar Respublikasında yerləşən milli parkın sahəsi 42 797,4 hektardır. Landşaftı dağ meşəsi, dağ çəmənlikləri, qayalıqlardan ibarətdir. Burada çılpaq dorema, yabanı zınbırtikan, Araz palıdı, zərif süsən, Qrossheym süsəni, gözəl qayışləçək, Mişşenko zümrüdçiçəyi və digər növlərə rast gəlmək mümkündür.
Heyvan növləri arasında isə Avropa tüvüyü, çəhrayı qutan, qıvrımlələk qutan, ərsindimdik, ağquyruq dəniz qartalı, berket, toğlugötürən, adi ilanyeyən, şahin, Xəzər uları, dovdaq, bəzgək, Suriya sarımsaqlı qurbağası, yaşıl qurbağa, kiçik ağac qurbağası, bəbir, zolaqlı kaftar, manul pişiyi, dağ qoyunu (muflon), bezoar keçisi, ağboğaz bülbül, qırmızıqanad mərciməkquşu və digərlərinə rast gəlmək mümkündür.
AZƏRTAC
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.