BAKI, 16 iyun — Sputnik. Türkiyə Rusiyaya yeni səfir təyin edib.
Belə ki, ölkənin xarici işlər naziri Hakan Fidanın müvafiq qərarı ilə bu vəzifəyə Tanju Bilgiç təyin olunub.
Qeyd edək ki, Tanju Bilgiç Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi olub.
Bundan başqa, Türkiyə Polşaya da yeni səfir təyin edib. Şimali Kipr Türk Respublikasının mərhum Prezidenti Rauf Denktaşın nəvəsi Alp Denktaş Türkiyənin Polşaya səfiri təyin edilib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Qeyd edək ki, ondan əvvəl Türkiyənin Polşada səfiri Cengiz Kamil Fırat olub.
Mustafa Levent Bilgen isə Türkiyənin Ukraynada səfiri təyin olunub. Ondan əvvəl bu vəzifəni Yağmur Ahmet Güldərə icra edib (Report).
Qeyd edək ki, Rauf Denktaş Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidentidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.