QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Tanınmış səyyahlar Cıdır düzündə olublar

Səyyahlara Vətən müharibəsi zamanı Azərbaycan hərbçilərinin qayalara dırmaşaraq tarixə düşən hərbi əməliyyat keçirdikləri və Şuşanı erməni işğalından azad etdikləri deyilib
Sputnik
BAKI, 16 iyun — Sputnik. Dünya şöhrətli səyahətçilər Şuşaya səfər çərçivəsində Cıdır düzündə olublar.
Qonaqlara Cıdır düzünün tarixi, burada bir zamanlar Qarabağın məşhur atları üzərində atçılıq yarışları keçirildiyi, milli bayramların qeyd olunduğu barədə məlumat verilib.
Qeyd olunub ki, Vətən müharibəsi zamanı Azərbaycan hərbçiləri qayalara dırmaşaraq tarixə düşən hərbi əməliyyat keçiriblər və Şuşanı erməni işğalından azad ediblər.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan əraziləri işğaldan azad edildikdən sonra hər il Cıdır düzündə Xarıbülbül Beynəlxalq Musiqi Festivalı keçirilir.
Qeyd edək ki, dünya şöhrətli səyyahların Qarabağa və Şərqi Zəngəzura iyunun 14-də başlayan səfərinə bu gün Şuşa şəhəri ilə yekun vurulub.
Səfər dünyaca məşhur MTP (Most Traveled People) təşkilatı tərəfindən təşkil olunub.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.