RUSİYA

Rusiyanın ilk taktiki nüvə başlıqları Belarusa çatdırılıb

Putin birinci partiya nüvə başlıqlarının artıq Belarusa çatdırıldığını, bu yayın sonuna kimi bu prosesin sona çatdırılacağını söyləyib.
Sputnik
BAKI, 16 iyun - Sputnik. Rusiyanın ilk taktiki nüvə başlıqları artıq Belarusa çatdırılıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında çıxışında bildirib.
O, birinci partiya nüvə başlıqlarının artıq Belarusa çatdırıldığını, bu yayın sonuna kimi bu prosesin sona çatdırılacağını söyləyib.
Putin həmçinin qeyd edib ki, nüvə silahından istifadə nəzəri cəhətdən mümkündür.
Rusiya Prezidenti nüvə silahının tətbiqinə mənfi yanaşdığını söyləyib. O, bu silahın ancaq Rusiya Federasiyanın mövcudluğuna təhlükə olan zaman tətbiq oluna biləcəyini söyləyib.
Putin, Rusiyanın NATO-dan daha çox taktiki nüvə silahının olduğunu da qeyd edib.
"Ona görə də NATO bizimlə birlikdə onları azaltmaq istəyir. Amma biz bunu etməyəcəyik", - deyə Prezident bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.